Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

"Olimpsport" xəbər verir ki, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.