Türkiyə Superliqası: “Beşiktaş” doğma meydanda qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasında XXVI tura yekun vurulub.

"Olimpsport" xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Eyni saatda başlayan matçlarda “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edib.

İstanbul təmsilçilərindən biri uduzub, digəri isə qələbə qazanıb. “Başakşəhər” öz meydanında 2:3 hesabı ilə yenilib. “Beşiktaş” isə rəqibini 2 cavabsız qolla üstələyib.

Bu nəticələrdən sonra “Beşiktaş” 43 xalla 3-cü, “Başakşəhə”" 33 xalla 9-cu, “Kayserispor” 32 xalla 11-ci, “Konyaspor” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.