Almaniya Bundesliqası ilk dəfə azarkeş sayında aşağı dəstədən geri qalıb
Almaniya Bundesliqası ilk dəfə azarkeş sayında aşağı dəstədən geri qalıb.
"Olimpsport" "Kicker"ə istinadən xəbər verir ki, II Bundesliqada XXII turun 9 matçını ümumilikdə 284643 azarkeş izləyib.
"Şalke 04" klubunun "Veen"ə (1:0) qalib gəldiyi oyunda tribunada 60542 fanat olub.
Bundesliqanın XXI turunda 261099 tərəfdar qarşılaşmaları stadionda izləyib. Ən çox azarkeş "Köln" - "Verder" görüşündə (50000) qeydə alınıb.