"İnter"in futbolçuları meydana qara sarğıda çıxacaqlar
İtaliyanın "İnter" komandasının futbolçuları İspaniyanın "Atletiko" klubuna qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa qara sarğıda çıxacaqlar.
"Olimpsport" xəbər verir ki, matçda Milan təmsilçisinin bu gün dünyasını dəyişən sabiq futbolçusu Andres Breme yad olunacaq.
Görüş bu gün saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Almaniya millisinin sabiq futbolçusu Andres Breme 63 yaşında vəfat edib. O, karyerası ərzində 1988-1992-ci illərdə "İnter"in formasını geyinib.