"Çelsi" "Bavariya"nın hücumçusunu transfer etmək niyyətindədir
İngiltərə təmsilçisi "Çelsi" bu yay Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
"Olimpsport" yerli mənbələrə istinadən xəbər verir ki, komanda cari mövsümdə titul qazana bilməsə, ingilis forvardın Münxen klubunu tərk etmək ehtimalı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. O, Münxen komandasının heyətində 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərinin 110 milyon avro olduğunu qeyd edib. Keynin "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda bitir.