Argentina Prezidenti futbol tarixinin ən yaxşı oyunçusunu seçib

Argentina Prezidenti Xavyer Miley “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə əfsanəvi Dieqo Maradonanın oyunlarını müqayisə edərək, futbol tarixinin ən yaxşı oyunçusunu seçib.

"Olimpsport" bu barədə yerli mətbuata istinadən xəbər verir.

“Maradona bizə unudulmaz anlar yaşadan gözəl futbolçu idi. Ancaq fikrimcə, o, ən yaxşısı deyildi. Eyni zamanda, inanıram ki, o, haqsız yerə tənqid edilib. Çünki həyatı ilə məşğul olduğu iş onun işi idi. Sizin həyatınız, sizin malınız.

Messi bütün zamanların ən böyük oyunçusudur. “Messi mümkünsüzdür” adlı məqalədə onun oyunun hər tərəfində niyə ən yaxşı olmasından bəhs edilir. O, bir fenomendir”, - Miley deyib.

Qeyd edək ki, Xavyer Miley 2023-cü ilin dekabrında Argentina Prezidenti vəzifəsinin icrasına başlayıb.