İngiltərə klubunun qapıçısı Premyer Liqa rekordunu təkrarlayıb

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.

"Olimpsport" xəbər verir ki, braziliyalı qolkiper “Brentford”a qarşı XVIII turdan təxirə salınan oyunda (1:0) qol buraxmayaraq, klubun tarixinə düşüb.

Bu, 30 yaşlı futbolçunun “şəhərlilər”in heyətində ölkə çempionatında qapısını toxunulmaz saxladığı 109-cu görüş olub. Ederson bunu 241-ci qarşılaşmasında reallaşdırıb. O, “Mançester Siti”nin sabiq qapıçısı Co Harta məxsus klub rekordunu təkrarlayıb. Hart 266 matçda bu göstəriciyə çatıb.

Qeyd edək ki, Ederson Moraeş 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.