"Mançester Yunayted" "Mançester Siti"yə uduzdu, "Liverpul" "Lester"i məğlub etdi
Bu gün İngiltərə Premyer Liqasında IV tura start veriləcək.
Olimpsport.az xəbər verir ki, turun ilk günündə 8 qarşılaşma baş tutacaq.
Açılış matçında "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. İlk üç turda xal itirməyən rəqiblərin mübarizəsi xüsusi maraqla gözlənilirdi. Heyyətdə olan futbolçuların transfer qiymətinə görə tarixin ən bahalı Mançester derbisini Qvardiolanın komandası qazandı.
"Bournemouth" doğma meydanda "Vest Bromviç" i, "Arsenal" "Southampton"u qəbul edəcək. "Hull Siti" "Börnli"nin qonağı olacaq. "Middlesbro" "Kristal Palace"i, Stok Siti " "Tottenhem"i sınağa çəkəcək. "Vest Hem" "Vatfor"la oyunda qüvvəsini sınayacaq.
Turun maraqla gözlənilən digər qarşılaşmasında "Liverpul" son çempion "Lester"i qonaq edəcək. Yenilənmiş Enfilddə ilk matçına çıxacaq olan "mersisaydlar" 3 xalı qazanmağa çalışacaq. Belə ki "tülkülər" bu arenada sonuncu dəfə 2000-ci ildə qələbəni bayram edə biliblər.
Bazar günü "Çelsi" səfərdə "Svensa siti"nin qonağı olacaq. Sentyabrın 12-si "Sanderland" doğma azarkeşlər önündə "Everton"u qəbul edəcək.