Mariana Vasileva gənclər və idman idarələrinin rəisləri ilə görüşüb
Gənclər və idman nazirinin müavini Mariana Vasileva nazirliyin regional gənclər və idman idarələrinin rəisləri ilə görüş keçirib.
"Olimpsport" xəbər verir ki, toplantıda ötən ilin sentyabr-dekabr və cari ilin yanvar ayında baş tutan tədbirlərin hesabatı dinlənilib.
"İdman həftəsi" çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verilib. Həmçinin "Üzməyi öyrənək" layihəsi və digər məsələlər müzakirə olunub.
Regional idarələrin rəhbərlərini dinləyən nazir müavini Mariana Vasileva regionlarda idman yarışları və tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.