"Bayer 04"də çıxış edən dünya çempionu karyerasını İngiltərədə davam etdirə bilər

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.

"Olimpsport" "All Transfer"ə istinadən xəbər verir ki, "Mançester Yunayted"də 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

"Qırmızı şeytanlar" argentinalı oyunçu üçün "Aston Villa" və "Nyukasl Yunayted"lə mübarizə aparacaq.

Qeyd edək ki, Esekiel Palasios cari mövsüm bütün turnirdə 22 matçda iştirak edib, beş qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. Palasios 2022-ci ildə Argentina millisinin heyətində Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Xatırladaq ki, "Bayer 04" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la üz-üzə gələcək.