FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.
"Olimpsport" xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.
Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.
FİFA Seriyası
Əlcəzair
Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika
Azərbaycan
Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan
Şri Lanka
Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası
Səudiyyə Ərəbistanı
A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.
B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.
Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.