
Rusiyanın dörd ağırlıqaldıranı dopinqə görə cəzalandırılıb
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Rusiyanın daha dörd ağırlıqaldıranını diskvalifikasiya edib.
"Olimpsport" IWF-yə istinadən xəbər verir ki, Yevgeni Kolomiets 2, Eduard Mejqixov, erməniəsilli Aleksandr Safaryan və Vasili Polovnikov 4 illik cəzalandırılıblar.
Onlar Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən 2012-ci ildə yol verilən qanun pozuntularına görə cəzaya məruz qalıblar.
Kolomiets 2011-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Mejqixov 2009-cu ildə gənclər arasında Avropa çempionu olub. Safaryan 2011-ci ildə gənclər arasında qitə yarışının vitse-çempionu, Polovnikov isə 2008-ci ildə Avropa çemionatının gümüş mükafatçısıdır.
Artıq bu idmançıların hamısı karyeralarını başa vurublar.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Avropa çempionu olmuş erməniəsilli idmançısı dopinqə görə diskvalifikasiya olunmuşdu.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
