“Fənərbağça” məğlub olaraq mübarizəni dayandırıb
Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
"Olimpsport" xəbər verir ki, ilk matçda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub.
Oyunda hesabı meydan sahibləri açıblar. Güneren artıq 10-cu dəqiqədə baxımlı qola imza atıb. 33-cü dəqiqədə Xadziyovanis fərqi artırıb. 89-cu dəqiqədə isə Rodriges yekun hesabı müəyyənləşdirib - 3:0.
Beləliklə, İstanbul klubu yarımfinalın bir addımlığında Ankara təmsilçisinə uduzaraq turnirdə mübarizəni dayandırıb. “Ankaragücü” isə yarımfinalda rəqibini gözləyir.