Holannın 5 qol vurduğu oyunda "Luton" klubu darmadağın edilib
İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
"Olimpsport" xəbər verir ki, turnirin son qalibi “Mançester Siti” “Luton Taun”un qonağı olub.
“Şəhərlilər” rəqibinə şans verməyiblər. Holann matçda penta-trikə (3, 18, 40, 55, 58) imza atıb. Maraqlıdır ki, o, ilk 4 qolu De Brüynenin ötürməsindən sonra vurub. Həmçinin qonaqların heyətində Kovaçiç (72) fərqlənib. Ev sahibləri bu qollara Klarkın dublu (45, 52) ilə cavab veriblər - 2:6.
Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalına darmadağınla çıxıb.