"Yuventus" klubunun futbolçusu 4 illik futboldan uzaqlaşdırılıb
İtaliyanın "Yuventus" klubunun və Fransa millisinin futbolçusu Pol Poqba 4 il müddətinə diskvalifikasiya olunub.
"Olimpsport" xəbər verir ki, bu barədə italiyalı məşhur jurnalist Nikolo Skira məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
Qeyd edək ki, 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub. O, ötən ilin sentyabrından Turin təmsilçisində məşqlərə qatılmır. "Yuventus" cəza rəsmiləşən kimi onunla müqaviləni ləğv edəcəyini bildirmişdi. Təcrübəli futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının, 20202021 mövsümündə Millətlər Liqasının qalibi olub.