Futbolçu meydanda öldü
Fransa Kubokunun üçüncü raundunun oyununda bədbəxt hadisə baş verib.
Olimpsport.az xəbər verir ki, “Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme dünyasını dəyişib.34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.
Həkimlər futbolçuya meydanda tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib. (Apa.az)