İlin ilk iki ayında ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ilk iki ayında beynəlxalq arenalarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

"Olimpsport" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya qətərli futbolçu Əkrəm Afif başçılıq edir.

Ölkəsinin “Əl Sədd” klubunda çıxış edən hücumçu milli komandasının heyətində 9 dəfə fərqlənib. İraq yığmasının üzvü Aymen Husseyn geridə qalan müddətdə 6 qola imza atmaqla ikinci sırada qərarlaşıb.

Ekvatorial qvineyalı Emilio Nsue, anqolalı Gelson Dala və iordaniyalı Yazan əl Naymat hərəyə 5 qolla üçüncü yeri bölüşdürürlər.