Hakim "Valensiya" ilə matçda "Real Madrid"i qələbədən məhrum edib

Futbol üzrə İspaniya çempionatının XXVII turu çərçivəsində “Real Madrid” səfərdə “Valensiya” ilə heç-heçə edib.

"Olimpsport" xəbər verir ki, Valensiyada "Mestalla" stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Uqo Duro (27-ci dəqiqə) və Roman Yaremçuk (30-cu dəqiqə) vurublar. “Real Madrid”in heyətində Vinisius Junior dubla imza atıb (45+5, 76).

“Real Madrid”in yarımmüdafiəçisi Jud Bellinqem əlavə vaxtda qol vurub, lakin hakim Xesus Xil Mansano bir neçə dəqiqə əvvəl final fitini çalıb və qolun hesaba alınmasına icazə verməyib. İngilis yarımmüdafiəçi birbaşa qırmızı vərəqə aldığı hakimin qərarı ilə razılaşmayıb. Qonaqların müdafiəçisi Antonio Rudiger də mübahisəyə görə qırmızı vərəqə alıb.

“Real Madrid” 26 oyunda 65 xal toplayıb, və turnir cədvəlində birinci yerdədir. "Valensiya" 25 oyundan sonra 36 xalla 9-cu yerdə qərarlaşıb.