Tomas Tuxel vaxtından əvvəl istefaya göndərilə bilər
Almaniyanın "Bavariya" klubu baş məşqçisi Tomas Tuxeli vaxtından əvvəl istefaya göndərə bilər.
"Olimpsport" "Kicker"ə istinadən xəbər verir ki, mütəxəssisin taleyi Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliyanın "Latsio" komandası ilə oyundan asılıdır.
Münhen təmsilçisi qitənin bir nömrəli klub turnirində mübarizəni dayandırsa, alman baş məşqçi postunu tərk edəcək.
Qeyd edək ki, Tomas Tuxel ötən ilin martından "Bavariya"da işləyir. Hazırkı ölkə çempionu daha əvvəl mövsümün sonunda mütəxəssislə vidalaşacağını açıqlayıb. "Bavariya" - "Latsio" görüşü martın 5-də olacaq. Romadakı ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.