Futbolun İnkişaf Fondunda yeni təyinat reallaşıb
Futbolun İnkişaf Fondunda (FİF) yeni təyinat gerçəkləşib.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Tural Piriyev məlumat verib.
O bildirib ki, “Neftçi”nin marketinq meneceri Anton Şvesov bundan sonra FİF-də çalışacaq. O, biznesin inkişafı üzrə menecer vəzifəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Anton Şvesov “Neftçi”dən əvvəl AFFA Marketinq Departamentində çalışıb.