“Bavariya” klubunun futbolçusu tarixə düşə bilər

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala İtaliya təmsilçisi “Latsio”ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyununda tarixə düşə bilər.

"Olimpsport" xəbər verir ki, gənc futbolçu meydana çıxmaqla karyerasında 30-cu dəfə ÇL matçında iştirak edə bilər.

Almaniya millisinin üzvünün 21 yaş və daha gənc olanlar arasında 30 görüşə çatan ilk almaniyalı futbolçu olmaq ehtimalı var. İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan “Bavariya” “Latsio”nu bu gün cavab qarşılaşmasında qəbul edəcək.

Qeyd edək ki, Camal Musiala 2020-ci ildən “Bavariya”nın əsas komandasının şərəfini qoruyur.