"Napoli" ilə oyundan sonra Xavi istefaya göndərilə bilər
İspaniyanın "Barselona" klubu "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra baş məşqçi Xavi Ernandesi istefaya göndərə bilər.
"Olimpsport" xəbər verir ki, bu barədə AS nəşri iddia irəli sürüb.
Kataloniya təmsilçisinin rəhbərliyi üçün qitənin bir nömrəli klub turnirində 1/4 finala vəsiqə qazanmaq son dərəcə vacibdir. Onlar bunun klubun statusuna təsir etdiyini düşünür və mərhələ adlamaq əlavə vəsait əldə etməyə imkan verəcək.
Qeyd edək ki, martın 12-də reallaşacaq "Barselona" - "Napoli" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İtaliyadakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.