Azərbaycanın güləşçiləri Rusiyada memoriala qatılıblar
Azərbaycan sərbəst güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən Roman Dmitriyev memorialına qatılıblar.
"Olimpsport" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-dək davam edəcək xatirə turnirində 3 güləşçimiz mübarizə aparacaq.
Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Ağanəzər Novruzov (74 kq) ənənəvi yarışda fəxri kürsüdə yer almağa çalışacaqlar.