"Real" Pepe ilə müqaviləni yeniləyir

Madridin "Real" klubu futbolçusu Pepe ilə müqaviləni yenilməyə hazırlaşır.
 
Olimpsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə yeni müqavilə 2019-cu ilə qədər hesablanıb. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Pepe 2007-ci ildən "Real"da çıxış edir.