Platiniyə danışmağa icazə verildi
UEFA-nın sabiq prezidenti Mişel Platininin qurumun konqresində çıxış etməsinə icazə verilib.
Olimpsport.az xəbər verir ki, müvafiq razılıq FİFA-nın Etika Komitəsi tərəfindən alınıb. Qeyd edək ki, UEFA-nın Konqresi sentyabrın 14-də Afinada keçiriləcək və quruma yeni prezident seçiləcək. Rüşvət almaqda təqsirləndirilən UEFA-nın əvvəlki prezidenti Mişel Platininin futboldakı bütün faəliyyətinə 8 il müddətində qadağa qoyulmuşdu. Onun FİFA Apelyasiya Komitəsinə şikayətindən sonra cəza 6 ilə endirilib. İdman Arbitraj Məhkəməsi isə cəzanı bir qədər də azaldaraq 4 ilə salıb