"Mançester Yunayted"in hücumçusu fevralın ən yaxşı oyunçusu seçilib
"Mançester Yunayted" klubunun hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
"Olimpsport" xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
21 yaşlı danimarkalı hücumçu "Mançester Siti"dən Fil Foden, "Vulverhempton"dan Joau Qomes, "Brayton"dan Paskal Qross, "Fulhem"dən Rodriqo Munis, "Arsenal"dan Bukayo Saka, "Aston Villa"dan Olli Uotkinsi qabaqlayıb.
Rasmus Hoylund "qırmızı şeytanlar"ın heyətində fevralda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.