"Həmişə “Arsenal”a sadiq qalacam" - Venger
Çempionlar Liqasında çətin “PSJ” səfərindən öncə “Arsenal”ın baş məşqçisi Arsen Venger mətbuata maraqlı açıqlama verib.
Olimpsport.az FourFourTwo nəşrinə istinadən xəbər verir ki, Venger yayda parislilərdən kluba başçılıq etməyi təklifı alıb, lakin o bu təkifi rədd edib. “Nəyə görə mən “PSJ”yə getməyə razı olmadım? Çünki məni indiki iş yerim razı salır. Mən “PSJ”nin sahiblərini tanıyıram, amma mən həmişə “Arsenal”a sadiq qalacam, çünki bu klubun fəlsəfəsi xoşuma gəlir. Ona görə də vətənə qayıtmağa razı olmadım. “