"Everton"dan nümunəvi addım
Dünən keçirilən “Sanderlend” – “Everton” matçından öncə yerli komandanı meydançaya xərçəng xəstəliyindən əziyyət çəkən Bredli Louri adlı uşaq çıxarıb.
Olimpsport.az xəbər verir ki, “Sanderlend” fanatı olan Bredlinin ailəsi onun müalicəsi üçün 830 min avro məbləği toplamağa çalışır. Qonaq komanda olan “Everton” bu uşaqa yardım məqsədilə klub büdcəsindən 240 min avro məbləği uşağın müalicəsi üçün ödəyib. Həmçinin klubu fanatlarını da Bredliyə yardım etməyə çağırıb.