Arda Gülər "Real"ın heyətində vurduğu ilk qolu dəyərləndirib

Türkiyəli futbolçu Arda Gülər "Real"ın heyətində vurduğu ilk qolu dəyərləndirib.

"Olimpsport" xəbər verir ki, 19 yaşlı futbolçu "Kral klubu"nun heyətində fərqlənməyin əhəmiyyətindən danışıb.

Türkiyə millisinin üzvü karyerası barədə də fikirlər səsləndirib: "Real"ın heyətində çıxış etdiyim üçün xoşbəxtəm. Qol vurmağım məni sevindirir. Hazırda dünyanın ən yaxşı klubunda çıxış edirəm. Baxmayaraq ki, çətin dönəmdən keçirəm, inanıram ki, sahib olduğum keyfiyyət və xarakter sayəsində bu çətinlikləri aşacam. Bu mövsüm mənim üçün çox ağır oldu. Belə bir qol vurmağım əsl motivasiyadır. Ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" matçı Madrid təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.