“Əl-Nəsr” Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə BƏƏ təmsilçisi “Əl-Əyn”ə yenilərək mübarizəni dayandırıb.

"Olimpsport" xəbər verir ki, birinci matç “Əl-Əyn”in minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0.

Cavab qarşılaşmasının əsas vaxtı “Əl-Nəsr”in üstünlüyü (3:2) ilə bitdiyindən oyun əlavə vaxtda davam edib. 103-cü dəqiqədə BƏƏ təmsilçisi hesabı bərabərləşdirsə də, 118-ci dəqiqədə meydan sahibləri Kriştianu Ronaldunun penaltidən fərqlənməsi ilə ümumi hesabı bərabərləşdiriblər.

Penalti seriyasında isə qonaqlar güclü olublar – 3:1. “Əl-Nəsr”dən ancaq Ronaldunun zərbəsi dəqiq olub.