Andrey Lunyov Rusiya millisinin yekun heyətinə daxil edilib
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.
"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.
Yığmanın təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.
Qeyd edək ki, martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer alıb.