Türkiyə Superkubokunun final matçından əldə olunacaq gəlir xeyriyyə məqsədilə istifadə ediləcək

Türkiyə Superkubokunun "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək final matçından əldə ediləcək gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.

"Olimpsport" "TRT Spor"a istinadən xəbər verir ki, bu barədə hər iki klub qarşılıqlı qərar verib.

Qarşılaşmanın bilet satışından əldə ediləcək vəsait Türkiyədə ötən ilin fevralında baş verən zəlzələdən əziyyət çəkən əhali üçün sərf olunacaq.

Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı aprelin 7-də Şanlıurfa şəhərində keçiriləcək.