"Dinamo" klubu PAOK-un qonağı olacaq, "Fənərbağça" “Yunion”u qəbul edəcək
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını bu gün keçirəcək.
"Olimpsport" xəbər verir ki, Zaqreb təmsilçisi Yunanıstanda PAOK-un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Dinamo" ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.
Türkiyənin "Fənərbağça" klubu isə Belçikanın “Yunion” kollektivini qəbul edəcək. Komanda ilk görüşdə inamlı qələbə qazanıb - 3:0. İstanbuldakı cavab oyunu saat 21:45-də start götürəcək.