“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib

ABŞ-nin “İnter Mayami” klubu KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib.

"Olimpsport" xəbər verir ki, MLS təmsilçisi 1/8 finalda ABŞ-nin digər təmsilçisi “Neşvill”i üstələyib.

Səfərdəki ilk görüşdə heç-heçə (2:2) edən klubların ikinci duelində “İnter Mayami” 3:1 hesablı qələbə qazanıb. Komandanın heyətində ulduz futbolçular Lionel Messi və Luis Suares hərəyə bir qol vurublar.

“İnter Mayami”nin 1/4 finaldakı rəqibi “Sinsinnati” (ABŞ) – “Monterrey” (Meksika) cütünün qalibi olacaq. Növbəti mərhələnin oyunları aprelin 3-də və 10-da keçiriləcək.