Nazir "Alüminiumçu" İdman Evinin fəaliyyəti ilə tanış olub
Martın 13-də gənclər və idman naziri Fərid Qayıbov Sumqayıt şəhərində yerləşən "Alüminiumçu" İdman Evinin fəaliyyəti ilə tanış olub.
"Olimpsport" xəbər verir ki, güləş zalına baxış zamanı buradakı şəraitlə tanış olan Fərid Qayıbov idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib, məşqçilərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.