Futbol üzrə Belçika millisinin baş məşqçisinin müqaviləsinin müddəti uzadılıb
Futbol üzrə Belçika millisi baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini uzadıb.
"Olimpsport" xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Onun yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub. İtaliyalı baş məşqçinin hazırkı müqaviləsi builki Avropa çempinatının sonunda bitməli idi.
Qeyd edək ki, Domeniko Tedesko 2023-cü il fevralın 8-dən Belçika millisinə rəhbərlik edir.