“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı olmağa namizəddir
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
"Olimpsport" xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşlərinin ardından UEFA 4 oyunçunu fərqləndirib.
Onlar arasında “Qarabağ”la qarşılaşmanın qəhrəmanı olan Almaniyanın “Bayer 04” klubunun hücumçusu Patrik Şik də var. 90+3 və 90+8-ci dəqiqələrdə vurduğu qollarla Leverkuzen təmsilçisinə həm 3:2 hesablı qələbə, həm də 1/4 finala adlamaq sevinci yaşadan çexiyalı forvard ən yaxşı olmağa namizəddir.
Onun rəqibləri Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Rafael Leaodur (“Milan”, İtaliya).
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşdiriləcək.