UEFA Avropa Liqasında 1/4 final cütləri bu gün bilinəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılacaq.

"Olimpsport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olacaq.

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”, “Roma”, "Milan" (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Bayer 04” (Almaniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.