Konfrans Liqası: “Fənərbağça”nın rəqibi bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılacaq.

"Olimpsport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşəcək. Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbağça” da son rəqiblərini öyrənəcək.

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin iştirakçıları: PAOK, “Olimpiakos” (hər ikisi Yunanıstan), “Viktoriya” (Çexiya), “Aston Villa” (İngiltərə), “Brügge” (Belçika), “Fənərbağça” (Türkiyə), “Lill” (Fransa), “Fiorentina” (İtaliya).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.