UEFA Avropa Liqası: 1/4 finalda İtaliya dueli olacaq
UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsi və finalın püşkü atılıb.
"Olimpsport" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.
Bu raundda İtaliya dueli reallaşacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub.
1/4 final
“Milan” (İtaliya) - “Roma” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
“Bayer 04” (Almaniya) - “Vest Hem” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Marsel” (Fransa)
Yarımfinal
“Benfika” - “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi
“Milan” - “Roma” cütünün qalibi / “Bayer 04” - “Vest Hem” cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.