“FIFA series–Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyəti açıqlanıb

“FIFA series–Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.

"Olimpsport" xəbər verir ki, toplanışa dəvət üçün 28 futbolçuya dəvət göndərilib.

Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.

Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.