Nurlana Məmmədzadə Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Gimnastikas Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, toplantı qurumun ofisində baş tutub.
Görüşdə Azərbaycanla Meksika arasında gimnastika sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.