"Beşiktaş" baş məşqçisi ilə bağlı qərar verib
Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi Fernandu Santuşun taleyinə aydınlıq gəlib.
"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.
İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Superliqanı üçüncü sırada başa vursa, Santuş komandada qalacaq.
Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında "Ankaragücü" ilə üz-üzə gələcək.