Messi bir klubda ən çox qol vuran futbolçu olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
"Olimpsport" xəbər verir ki, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir.
O, 2004-2021-ci illərdə çıxış etdiyi "Barselona"da (İspaniya) 672 qol vurub.
Siyahıda ikinci yerdə 450 qolla Kriştianu Ronaldu, 3-cü yerdə isə 354 qolla Kərim Benzema qərarlaşıb. Onlar Madrid "Real"ının heyətində fərqləniblər.
Fransa çempionatının son turunda, "Monpelye" ilə matçda etdiyi het-triklə PSJ-nin formasında 250 qol vuran Kilian Mbappe 13-cü pillədə yer alıb.
Qeyd edək ki, İFFHS ölkə çempionatı və kuboku, həmçinin rəsmi beynəlxalq turnirlərdə vurulan qolları nəzərə alıb.
Oyunçuı | Milliyəti | Komanda | Oynadığı illər | Qollar | Ümumi qol sayı | |||
NL | NC | ICC | ||||||
1 | Lionel Messi | Argentina | Barselona | 2004-2021 | 474 | 70 | 128 | 672 |
2 | Kriştianu Ronaldu | Portuqaliya | Real | 2009-2018 | 311 | 26 | 113 | 450 |
3 | Kərim Benzema | Fransa | Real | 2009-2023 | 238 | 32 | 84 | 354 |
4 | Robert Levandovski | Polşa | Bavariya | 2014-2022 | 238 | 35 | 71 | 344 |
5 | Badir Əl-Mütəva | Küveyt | Əl Qədisiyyə | 2003- | 164 | 84 | 53 | 301 |
6 | Harri Keyn | İngiltərə | Tottenhem | 2011-2023 | 213 | 22 | 45 | 280 |
7 | Co Qormli | Şimali İrlandiya | Kliftonvill | 2011- | 185 | 81 | 4 | 270 |
8 | Klemen Olsen | Farer adaları | NSI | 2007- | 231 | 24 | 7 | 262 |
9 | Serxio Aquero | Argentina | Mançester Siti | 2011-2021 | 184 | 33 | 43 | 260 |
10 | Ueyn Runi | İngiltərə | Mançester Yunayted | 2004-2017 | 183 | 28 | 42 | 253 |
11 | Əli Mabxut | BƏƏ | Əl Cəzirə | 2009- | 211 | 23 | 17 | 251 |
12 | Corden Ovens | Şimali İrlandiya | Kruseyders | 2007- | 197 | 48 | 6 | 251 |