"Bavariya"nın qapıçısı zədələnib
Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer məşqdə zədələnib.
"Olimpsport" xəbər verir ki, 37 yaşlı qolkiperə sol körpü sümüyü zədələnməsi və əzələ yırtığı diaqnozu qoyulub.
O, martın 23-də Fransa, 26-da isə Niderland millilərinə qarşı keçiriləcək yoxlama oyunlarında yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Manuel Noyer 9 aylıq zədədən sonra ötən ilin oktyabrında yaşıl meydanlara qayıtmışdı.