Fərid Fərhadzadə Dünya Triatlon İttifaqının prezidenti ilə görüşüb
Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının prezidenti Marisol Kasado və baş katibi Antonio Arimani ilə görüşüb.
"Olimpsport" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi barədə razılıq əldə edilib.
Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.