Messi MLS-in növbəti iki oyununu buraxacaq
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS-in növbəti iki oyununu buraxacaq.
"Olimpsport" xəbər verir ki, buna səbəb 36 yaşlı argentinalı hücumçunun zədədən əziyyət çəkməsidir.
Kapitan bud nahiyəsindən aldığı xəsarət ucbatından “Nyu York Red Bullz” (23 mart) və “Nyu York Siti” (31 mart) ilə görüşdə komandasına kömək edə bilməyəcək. Messi Argentina millisinin qarşıdakı yoldaşlıq matçlarını da buraxmalı olacaq.
Onun KONKAKAF Çempionlar Kuboku çərçivəsində aprelin 3-də “Monterrey”lə (Meksika) keçiriləcək matçda iştirakı planlaşdırılır.
Qeyd edək ki, Lionel Messi bu mövsüm “İnter Mayami”nin heyətində 5 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə verib.