“Spartak” klubunun "Neftçi" ilə yoxlama görüşü üçün heyəti açıqlanıb
Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.
"Olimpsport" xəbər verir ki, baş məşqçi Gilyermo Abaskal heyətə 18 futbolçu cəlb edib.
Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 1-i isə hücumçudur. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gəlməyəcəklər.
Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov
Müdafiəçilər: Danil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov
Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov
Hücumçu: Aleksandr Sobolyev
Qeyd edək ki, martın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.