İngiltərə millisinin futbolçusu Braziliya ilə yoldaşlıq matçını buraxacaq

İngiltərə millisinin aparıcı futbolçusu Harri Keyn Braziliya ilə keçiriləcək yoldaşlıq matçını buraxacaq.

"Olimpsport" İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunçu "Bavariya"nın heyətində Almaniya Bundesliqasında "Darmştadt"a qarşı keçirilən oyunda topuğundan zədələnib.

Keynin Belçika ilə matçda iştirakı da sual altındadır.

Qeyd edək ki, İngiltərə millisi martın 23-də Braziliya, 26-da isə Belçika ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.