Almaniya millisi yoldaşlıq görüşündə Fransaya qalib gəlib

Fransa və Almaniyanın futbol yığmaları arasında yoldaşlıq oyunu başa çatıb. Komandalar “Groupama” stadionunda (Lion, Fransa) qarşılaşıblar.

"Olimpsport" xəbər verir ki, görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

Yeddinci saniyədə Almaniya millisinin yarımmüdafiəçisi Florian Virs uzaq məsafədən zərbə ilə hesabı açıb. Ona yarımmüdafiəçi Toni Kroos ötürmə edib.

Almaniya millisi 49-cu dəqiqədə yarımmüdafiəçi Kay Havers Camal Musialanın ötürməsindən vurduğu qol sayəsində fərqi artırıb.